Bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov ötən gün Bakının yollarındakı tıxac səbəbiylə təcili yardım və yanğınsöndürmə maşınlarının Binəqədi rayonunda baş vermiş yanğına gec çatmasını şərh edərkən deyib.
M.Pənahov bildirib ki, qanuna əsasən hamı təcili yardım və ya yanğınsöndürmə maşınlarının maneəsiz hərəkəti üçün şərait yaratmalıdır: “Dünyanın heç bir yerində heç kəs təcili yardım və ya yanğınsöndümə maşınına yol verməməyi düşünməz, lakin bəzən bizdə belə hallar baş verir və sürücülər bu maşınlara yol vermirlər”.