Dağıstan sakini Sevastopolda sərxoş kişinin kartından 510 min rubl oğurlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb.
30 yaşlı Dağıstan sakini gecə saatlarında 35 yaşlı Krım sakini ilə tanış olub və onun bank kartının PIN-kodunu öyrənib.
Daha sonra yeni tanışının mağazanın qarşısında yuxuya getməsini gözləyən şəxs kartı cibindən götürərək 510 min rubl (təxminən 10,1 min manat) nağdlaşdırıb.
Şübhəli şəxs pulun bir hissəsini qohumlarına və tanışlarına köçürüb, qalanını isə özündə saxlayıb.
Səhər zərərçəkən hesabından pul çıxarıldığını görərək polisə müraciət edib. Şübhəli saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az






