İranda vətəndaşları snayper hazırlığına çağıran reklam lövhəsi quraşdırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.
İranda magistral yollardan birində vətəndaşları yarımhərbi dəstələr çərçivəsində snayper hazırlığına cəlb edən reklam lövhəsi yerləşdirilib.
Lövhədə SVD tüfənginin təsviri ilə yanaşı, “Bundan istifadə etməyi bacarırsınız?” yazısı və SMS vasitəsilə qeydiyyat üçün telefon nömrəsi göstərilib.
Proqramın “Xalq Cənfada dəstələri” tərəfindən təşkil edildiyi bildirilir. Bu könüllü hərbiləşdirilmiş dəstələrin “Bəsic” təşkilatı ilə əlaqəli olduğu qeyd olunur.
Xuraman Etibarlı
İnterpress.az






