Çeçen fəal Almatıdakı təcridxanada intihara CƏHD ETDİ – FOTObackend

Çeçen fəal Almatıdakı təcridxanada intihara CƏHD ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçen fəal Qazaxıstanda istintaq təcridxanasında intihara cəhd edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Novaya qazeta Europe” onun vəkili Vadim Drozdova istinadən məlumat yayıb.

Çeçenistandan qaçan fəal Mansur Movlayev Rusiyaya ekstradisiya olunmasını gözlədiyi Almatıdakı istintaq təcridxanasında intihara cəhd edib.

Onun sağ qalıb-qalmadığı barədə hələlik məlumat yoxdur.

Movlayevin ölümqabağı məktubunda Rusiyaya ekstradisiyadan qorxduğunu və təzyiqlərə məruz qalacağından narahat olduğunu yazdığı bildirilir.

O, həmçinin Qazaxıstanda dəfn edilməsini və eyni təcridxanada saxlanılan, Rusiyaya ekstradisiya təhlükəsi ilə üzləşən rusiyalı fəal Yuliya Yemelyanovaya kömək göstərilməsini istəyib.

Xuraman Etibarlı

İnterpress.az