Askold Zapaşnıy gecə aritmiya tutması keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
48 yaşlı sirk artisti Askold Zapaşnının səhhəti gecə saatlarında qəfil pisləşib və ona təcili tibbi yardım çağırılıb.
Həkimlər hadisə yerində tibbi yardım göstərərək vəziyyətini stabilləşdiriblər.
Məlumata görə, Zapaşnıya tutmalarla kəskinləşə bilən xroniki ürək ritmi pozuntusu, qulaqcıqların fibrilyasiyası diaqnozu qoyulub.
Həkimlər ona yaxın vaxtlarda mütəxəssisə müraciət edərək əlavə müayinədən keçməyi və müalicəni korreksiya etməyi tövsiyə ediblər.
Xuraman Etibarlı
İnterpress.az






