Rostov-na-Donuda 19 yaşlı erməni qız ailəsindən qaçıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. İndi erməni ata ailə münaqişələri haqqında danışmağa davam edərsə, qızını döyəcəyi və çılpaq görüntülərini sızdıracağı ilə hədələyir.
Anjelika aglı erməni qız kilsəyə getdikdən sonra yoxa çıxıb və 4 gün sonra sosial şəbəkədə onu heç kimin qaçırmadığını açıqlayıb.
Eyni zamanda, ata artıq axtarış qərarı verməyə müvəffəq olub. Qız valideynlərinə qarşı ifadəsini göstərərək, onları mütəmadi olaraq döyməkdə, zorakılıq etməkdə, onu evdə bağlı saxlamaqda və təhsil almasına qadağa qoymaqda ittiham edib.
Gələn polis əməkdaşları Xaçaturyan ailəsini yoxlayıb və qalan 6 uşaqda zorakılıq əlamətləri aşkar etməyiblər.
Varujan (ata) qızının kimlərinsə təzyiqi altında olduğuna inanır və “buna görə də özünü fahişə kimi aparır” deyir.
Xuraman Etibarlı
İnterpress.az