Şimali İraqdakı sığınacaq düşərgəsindən qaçan iki PKK terrorçusu təslim olub.
Bu barədə İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir.
Türkiyə silahlı qüvvələri terror təşkilatı olan PKK-nın məhv edilməsi istiqamətində əmıliyyatları davam etdirir.
“Türk Silahlı Qüvvələrimizin təsirli və əzmkar əməliyyatları ilə terror təşkilatı PKK-nın darmadağın edilməsi davam edir. İraqın şimalındakı sığınacaqlardan qaçan 2 terrorçu Haburdakı Sərhəd Karakolumuza təslim olub. Harada olurlarsa olsunlar, nəfəsləri kəsilib. Mehmetçi terroristlərin arxasında olmağa davam edəcək!” , – məlumatda bildirilib.