“2024-cü il faizlərin endirilməsi ilidir”backend

“2024-cü il faizlərin endirilməsi ilidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bridgewater Associates LP” hedcinq fondunun təsisçisi Ray Dalio, iqtisadiyyatların staqflyasiya təzyiqi altında olduğu bir dövrdən sonra mərkəzi bankların 2024-cü ildə faiz dərəcələrini azaltmalı olacağını proqnozlaşdırır.

İnterpress.az xəbər verir ki, Avstraliya Maliyyə İcmalına (AFR) verdiyi müsahibədə Dalio deyib: “Biz inanırıq ki, bir çox maliyyə aktivlərində düzəlişlər və ya aşağı hərəkətlərlə nəticələnə biləcək sərt pul siyasəti mərhələsindəyik. Bunun acısı çox böyük olacaq və 2024-cü ildə ABŞ-da keçiriləcək növbəti prezident seçkilərinə yaxın bir zamanda mərkəzi bankları yenidən pul siyasətlərini yumşaltmağa məcbur edəcək”.

Həmçinin fyuçers bazarları ABŞ və Böyük Britaniya da daxil olmaqla digər inkişaf etmiş iqtisadiyyatlarda faiz dərəcələrinin təxminən 2 il ərzində aşağı salınacağı ilə bağlı qiymətlər qoyur. Ancaq indiki vəziyyətdə 60-dan çox mərkəzi bank inflyasiyanı azaltmaq üçün faiz dərəcələrini artırıb, bazarlar faiz artımının necə olacağına fokuslanıb.

“Bu, staqflyasiyaya səbəb olacaq struktur inflyasiya vəziyyətidir”, – Dalio deyib.

Staqflyasiya durğunluq, işsizlik və inflyasiyanın eyni vaxtda baş verməsidir.