“Bakının bütün xəbərdarlığına rəğmən, ermənilər Qarabağa silah-sursat daşıyır”.
İnterpress.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.
O bildirib ki, ermənilər Qarabağa canlı qüvvə cəlb edir, hətta daşımaları daha rahat həyata keçirmək üçün yeni yol çəkirlər.
Politoloqun sözlərinə görə, Rusiya sülhməramlıları da faktiki onların mühafizəçisi rolunda çıxış edir.
“Xəbərdarlıqlar praktiki addımla da edilməlidir, əks təqdirdə, nə ermənilər əməllərindən əl çəkəcək, nə də ruslar. Bir azdan daha çox silahlanmış, daha mütəşəkkil formada qarşımıza çıxacaqlar”, – o əlavə edib.