“Rusdilli məktəblər Azərbaycana intellektual vətəndaşlardan daha çox, ruspərəst “vətəndaşlar” qazandırıb” – RƏYbackend

“Rusdilli məktəblər Azərbaycana intellektual vətəndaşlardan daha çox, ruspərəst “vətəndaşlar” qazandırıb” – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusdilli məktəblər Azərbaycana intellektual vətəndaşlardan daha çox, ruspərəst “vətəndaşlar” qazandırıb”.

Bu fikirləri “İnterpress.az”a açıqlamasında ictimai fəal, jurnalist Natiq Çıraqzadə bildirib.

O xatırladıb ki, dünyanın hər bir yerində dövlət dili ilə yanaşı, hansısa başqa dillərdə də təhsil verilir və başqa dillərə uyğun tədris proqramı tərtib olunur:

“Ancaq post-sovet məkanında bu tendensiya daha qabarıq formada özünü büruzə edir. Lakin düşünürəm ki, rus şovinizminin bizə yaşatdığı əzabları unutmamış bir ölkə olaraq Azərbaycan, artıq rusdilli məktəblərdən və rus dilində ayrıca tədrisdən tədricən uzaqlaşmalıdır. Hərkəs istədiyi dili öyrənə, danışa bilər, amma, Azərbaycan orta məktəblərində ana dilində təhsil almaqdan imtina edən bir vətəndaşın nə qədər təəssübkeş bir vətəndaş olması da sual doğurur. Bu mənada, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, nəhayət tədricən rusdilli dərsliklərin tədris prosesində istifadəsindən imtina etməli, Azərbaycan dilində sağlam və ciddi dərs vəsaitləri hazırlamalı və onların tədrisinin monitorinqlərinə başlamalıdır”.

O qeyd edib ki, Azərbaycandaki rusdilli orta məktəblərdə təhsil alanlar azərbaycanlılar, özlərini Rusiyaya, oranın ictimaiyyətinə, gündəlik yaşayış tərzinə və mədəniyyətinə aid hiss edirlər:

“Bu bizim üçün milli təhlükəsizlik problemidir. Bu problemin həlli istiqamətində qətiyyətli addımların atılmasını ləngitsək, bir neçə onilliklər sonra Azərbaycan ictimaiyyətinin əsasını təşkil edən fikir və dəyərlər yavaş-yavaş əriyəcək. Azərbaycan gəncliyi fikirdə, əməldə və dildə birlik prinsipi ilə ən birinci Azərbaycan dövlətinin maraqları baxımından çıxış etməlidir. Dil mövzusu, dünyanın bütün ciddi düşüncə mərkəzlərində vazkeçilməz xarakterə malik məsələdir və Azərbaycan dili, şəxsin öz fikrini savadlı və dolğun şəkildə izah edə biləcəyi qədər zəngin bir dildir”.