Permdə 23 il həbsdə yatmış caninin evində kişi meyiti tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Perm şəhərinin Kirov rayonunda 59 yaşlı Mixail Malışevin mənzilində yaşlı kişinin meyiti aşkarlanıb.
Yerli sakinlərin sözlərinə görə, bu şəxs Malışevin tez-tez içki içdiyi qonşusu olub. Meyitin bir neçə gün mənzildə qaldığı bildirilir.
Hazırda Malışev dindirmə üçün polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, Malışev 1990-cı illərin sonunda iki nəfəri öldürüb və meyitlərini yeyib.
O, daha səkkiz oxşar cinayətdə də şübhəli bilinsə də, ittihamlar sübuta yetirilməyib.
Malışev 23 il həbsdə yatdıqdan sonra 2022-ci ildə azadlığa çıxıb və itlər üçün sığınacaqda gözətçi kimi işləməyə başlamışdı.
Xuraman Etibarlı
İnterpress.az






