İnterpress.az İran mətbuatına istinadən xəbər verir ki, İran İslam Respublikası və Rusiya prezidentləri ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparıblar.
Putin həmçinin, Moskva və Tehran arasında uzunmüddətli əməkdaşlıqların genişləndirilməsinə təkid və regional məsələlər barədə Həsən Ruhani ilə müzakirə edib.
Rusiya prezidenti Tehrana olacaq rəsmi səfəri çərçivəsində qaz ixrac edən ölkələr assambleyasının 3-cü sammitində iştirak etməklə yanaşı, İranın yüksək səviyyəli rəsmiləri ilə də ikitərəfli görüşləri olacaq.
Qaz ixrac edən ölkələr assambleyasının 3-cü sammiti 23 noyabrda Tehranda keçiriləcək.
İnterpress