Həbsxanada QALMAQAL: Məhbusa dronla yemək və spirtli içki ÇATDIRILDIbackend

Həbsxanada QALMAQAL: Məhbusa dronla yemək və spirtli içki ÇATDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadada həbsxanaya dronla “McDonald’s” sifarişi çatdırılıb: təhlükəsizlik gücləndiriləcək

İnterpress.az xəbər verir ki, bu barədə Kanada mediası məlumat yayıb.

Kanadanın Kvebek əyalətində yerləşən Sen-An-de-Plen həbsxanasında məhbuslardan birinə dron vasitəsilə “McDonald’s” yeməkləri və spirtli içki çatdırılıb. Hadisə oktyabrın 14-dən 15-nə keçən gecə baş verib.

Məlumata görə, dron heç bir maneə ilə qarşılaşmadan kameranın pəncərəsinə yaxınlaşıb, qoruyucu hasarı keçərək məhbusa toyuq nagetsləri, kartof fri, souslar və bir şüşə spirtli içki çatdırıb.

Çatdırılma müşahidə kameralarına və dron aşkarlama sistemlərinə düşməyib.

Səhər növbəyə çıxan nəzarətçilər məhbusu sərxoş vəziyyətdə fast-fud yeyərkən tapıblar.

Məhbusun mühafizəçilərə baxaraq gülməsi və heç bir təhlükəsizlik sisteminin dronu qeydə almaması ciddi narahatlıq yaradıb.

Həbsxana nəzarətçilərinin milli həmkarlar ittifaqının prezidenti Frederik Leblon hadisənin penitensiar müəssisələrdə təhlükəsizlik sistemində ciddi boşluqları üzə çıxardığını bildirib.

Kanada İslah Xidməti araşdırma aparıldığını təsdiqləyib və təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini açıqlayıb.

Planlaşdırılan tədbirlər arasında pəncərələrə qoruyucu torların quraşdırılması da var.

Xuraman Etibarlı

İnterpress.az