Son terror hadisələrinə görə Həsən Ruhani Avropa səfərini təxirə saldıbackend

Son terror hadisələrinə görə Həsən Ruhani Avropa səfərini təxirə saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az İRİB-nin yaydığı məlumata istinad edərək xəbər verir ki, İran prezidenti Həsən Ruhani şənbə günü səhər yüksək səviyyəli bir heyətin başında İtaliyaya və daha sonra Fransaya səfər etməli idi. Lakin, Cümə günü Fransanın paytaxtı Parisdə törədilən terror aktlarının ardınca bu səfər ləğv edildi.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də İran prezidentinin İtaliya, Vatikan və Fransaya planlaşdırılan səfərinin ləğv edilməsini təsdiqləyib.
Zərif deyib: İtaliya xarici işlər naziri ilə telefon söhbətində bildirildi ki, hazırda Fransada baş verən faciəni terrorizmə qarşı birgə və ciddi mübarizənin aparılması üçün beynəlxalq səviyyədə ahəngdarlığın yaradılması istiqamətində dəyərləndirmək lazımdır. Buna görə də, yaxşı olar ki, İran prezidentinin Avropaya olacaq səfəri daha münasib bir zamanda həyata keçirilsin.

İnterpress