İnterpress.az Türkiyənin \”Cihan Xəbər Agentliyi\”-nə istinadən xəbər verir ki, Fransanın Strasburq şəhəri yaxınlığında bir sürət qatarının relsdən çıxdığı bildirildi. Yerli medianın xəbərində, hadisədə ölən və ya yaralananlar olduğu bildirildi.\”France Bleu Alsace\” radiosu, qatarın test məqsədilə yola çıxdığını bildirib. Hadisədə 5 nəfərin öldüyü, 7 nəfərin yaralandığı açıqlanıb. Strasburq yaxınlığındakı Ekverşeym yaşayış məntəqəsində relsdən çıxaraq bir kanala düşən qatarın qəza səbəbinin araşdırmaları davam edir.
Hadisənin terrorla bağlı olub olmadığı hələ məlum deyil.