DİN, FTX, və Müdafiə Nazirliyinin bəzi bölmələri və digər xüsusi xidmətlərin nəzarət, agentur, texniki və operativ imkanları bütün qüvvəsi ilə işə salınıb.
Ölkə üzrə təhsil və mədəniyyət müəssisələrinin, nəqliyyat bağlantıları və insanların kütləvi yığıldığı yerlərin yoxlanılması başlanılıb. Eyni zamanda terrorçuların planlanını əvvəlcədən açmağa imkan verən şübhəli kommunikasiya sistemlərinə nəzarət aktivləşdirilib.
Polis əməkdaşları kamera görüntülərini yoxlayır, xüsusi xidmətlər terorçuların aşkar edilməsi istiqamətində maksimal səy göstərirlər. Paytaxt metropolitenində əlavə postlar təşkil edilib, bu barədə \”Lifenews\” Moskva polisinin rəhbərliyinə istinadən xəbər verir.
Bütün şübhəli avtomobillər və piyadalar sənədlərin yoxlanılması məqsədi ilə saxlanılırlar.
Xatırladaq ki, şənbə günü səhər Federasiya Şurası komitəsinin Müdafiə Katibinin birinci müavini Yevgeni Serebrennikov ölkə üzrə əlavə təhlükəsizlik tədbirlərinin tətbiq edilməsinin zəruriliyini bəyan etmişdi.
Bu gün Rusiya paytaxtında 14 noybra təyin olunmuş kütləvi tədbirlərin təxirə salınması məlum olub.
Nəqliyyat Nazirliyi RDY-na təlimatlar göndərib, hansı ki, həmin təlimatlara əsasən kompaniya vağzallar və qatarlrda əlavə təhlükəsizliyin təmin edilməsi tədbirlərini həyata keçirir.(moderator)
İnterpress.az