İsfahanda erməni kilsəsi anti Azərbaycan təbliğatı aparırbackend

İsfahanda erməni kilsəsi anti Azərbaycan təbliğatı aparır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Güneyli mənbəyə istinadən xəbər verir ki, fars rejiminin Azərbaycana qarşı apardığı məkrli siyasətinin daha bir nümunəsi İsfahan şəhərində yerləşən erməni kilsəsinin fonunda təzahür edib. Belə ki, Güney Azərbaycanımızın qədim yurd yerlərindən olan tarixi İsfahan şəhərində yerləşən \”Vanq\” erməni -qriqoryan kilsəsi İran-fars rejiminin havadarlığı ilə öz ərazisində tez-tez \”qondarma erməni soyqırımı\” adı altında və müxtəlif ictimai tədbirlərlə, bu kompaniyalara qatılanlardan ianələr toplayır və işin sonunda bu yığılan məbləğı Ermənistan dövlətinə kilsənin yardımı adı ilə hədiyyə edir.

Bu hələ harasıdır?

Riyakar və şovinist fars rejiminin bu bədnam şeytan yuvasına verdiyi səlahiyyətlərdən ilham alan erməni keşişləri özlərində Azərbaycan əleyhinə kitab sərgisi adı altında siyasi təbliğat aparmaq cəsarəti belə tapıblar. Gördüyünüz şəkil \”Vanq\” kilsəsində keçirilmiş növbəti kitab sərgilərinin birində çəkilmişdir. Onu da qeyd edək ki, bu tədbirlərdə video və foto-şəkil çəkmək qadağan olunur. Bunu sərginin pankartından fars dilində çox aydın oxumaq olur.\”Video və foto çəkilişləri qadağandır\”.Daha sonra plakatın yuxarısında \”Azərbaycan respublikasının erməni münaqişəsi siyasətini qınayırıq\”cümləsi ,onun altından da, \”Etnik təmizləmə: Gəncə-1988, Sumqayıt-1988, Bakı-1990-cı miladi ili\” yazılıb. Tam aşağı hissədə \”Mədəniyyət abidələrinin dağıdılması-Culfa, Naxçıvan-2005\” yazısını oxuyuruq.

Budur fars rejiminin xəbis siması ! Özünüz şahid olun və nəticə çıxarın.

İsfahanda erməni kilsəsi anti Azərbaycan təbliğatı aparır
İsfahanda erməni kilsəsi anti Azərbaycan təbliğatı aparır

Interpress