Şəkil çəkilən zaman Olland Fransa-Almaniya yoldaşlıq oyununun keçirildiyi “Stad de Frans” stadionunda olub.
Həmin vaxt stationa yaxın 3 ərazidə partlayış baş vermişdi. Bu dəhşətli xəbəri isə prezidentə onun cangüdəni çatdırıb.
Fransua Ollandın terror hadisələrini eşidən zaman verdiyi reaksiyanın fotosu:
Paylaşılan şəkillə əlaqədar olaraq sosial şəbəkələrdə 2001-ci ilin 11 sentyabr hadisələri də xatırlanır. Belə ki, istifadəçilər o zamanki ABŞ prezidenti kiçik Corc Buşun hadisəni eşidən zaman verdiyi reaksiyanın fotosunu da tirajlayırlar:
Xatırladaq ki, cümə günü Parisdə baş verən dəhşətli silsilə terror aktları nəticəsində 129 şəxs həlak olub. Fransada 3 günlük matəm elan olunub, fövqəladə vəziyyət elan edilib və ölkə sərhədləri bağlanıb. (qafqazinfo)
İnterpress