“Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi” kimi də tanınan“Stratfor” özəl kəşfiyyat strukturunun ekspertləri bildirir ki, böyük ehtimalla Fransa terror aktlarına görə qisas almağa və İŞİD-ə qarşı əməliyyatlarda iştirakını genişləndirmək barədə qərar verəcək.
Fransa daha çox İraq və Liviyada terrorçuların mövqelərinə havadan zərbələr endirəcək. Ekspertlərin sözlərinə görə, bu gün Fransa qırıcıları İraq üzərində 1285, Suriya səmasında isə cəmi 2 uçuş həyata keçirib.
Digər variant isə bundan ibarətdir ki, Fransa komandos qrupları terrorçuların \”açar\” hesab edilən mövqelərinə zərbələr endirəcək. Fransa Afrikanın Sahel regionunda etdiyi kimi İraq və Suriyaya da ekspedisiya qoşunlarını da göndərə bilər.
Parisdə noyabrın 13-də törədilmiş silsilə terror aktları nəticəsində 129 nəfər ölüb, 352 nəfər yaralanıb, onlardan 99 nəfərinin vəziyyəti kritikdir.
Fransa prezidenti Fransua Olland terror aktlarının arxasında İŞİD terrorçu qruplaşmasının dayandığını bəyan edib: \”Bu, müharibə aktıdır və hücumların arxasında terrorçu ordu, İŞİD, cihadçılar dayanıb. Onlar Fransanın, bizim bütün dünyada qoruduğumuz dəyərlərin əleyhinədirlər\”.
Törədilmiş terror aktları nəticəsində ölənlərin arasında 12 ölkənin vətəndaşı var. Son məlumata əsasən, terror aktlarının qurbanları arasında Əlcəzair, Belçika, Böyük Britaniya, Çili, Mərakeş, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, Tunis, ABŞ və Fransa vətəndaşları var.
Azərbaycan Xarici İşlər Nazirliyi Parisdə baş verən terror hadisəsi ilə bağlı bəyanat yayıb. Çoxsaylı insan itkisinə və yaralanma hallarına səbəb olan dəhşətli terror aktları qəti şəkildə qınanılıb.
Belçika prokurorluğu Brüsselin miqrantlar yaşadığı rayonunda axtarışlar zamanı Parisdəki terror aktı ilə əlaqəli 3 şəxsin saxlanıldığını bildirib. Hazırda saxlanılan şəxslər barədə həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.
\”Fransa terror aktlarına görə qisas almaq üçün İŞİD-ə qarşı hərbi əməliyyatları genişləndirəcək”
Terror aktlarının xornologiyası
Parisdə birinci terror aktı yerli vaxtla axşam saat 21.20-də Fransa-Almaniya yığmalarının yoldaşlıq matçının keçirildiyi “Stade de France” stadionunun yaxınlığında baş verib. Paris prokurorunun sölərinə görə, hadisə yerində iki cəsəd aşkarlanıb. Ölənlərdən biri kamikadze terrorçu, digəri isə yoldan keçən vətəndaşdır.
Saat 21.25-də Parisin 10-cu dairəsindəki Aliber küçəsində yerləşən “Kiçik Kambodja” restoranı qarşısında intensiv atəş açılıb. Nəticədə 15 nəfər hadisə yerində ölüb, 10 nəfər yaralanıb: “Şahidlərin ifadələrinə əsasən, terrorçular “Seat” markalı avtomobildə hərəkət edib”.
Saat 21.30-da “Stade de France” stadionu qarşısında ikinci partlayış baş verib. Partlayış terrorçu-kamikadze tərəfindən törədilib.
Saat 21.32-də Parisin 11-ci dairəsindəki Fonteon-o-Rua küçəsində növbəti atışma olub. Beş nəfər ölüb, 8 nəfər yaralanıb: “Terrorçular bura da qara rəngli “Seat” markalı avtomobildə hərəkət edib”. 21.36-da həmin məhəllənin Şaron küçəsində “Seat” markalı avtomobildə hərəkət edən terrorçuların açdığı atəş nəticəsində 19 nəfər öldürülüb, 9 nəfər yaralanıb.
Saat 21.40-da Volter bulvarında partlayış törədilib. Terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində bir nəfər ağır yaralanıb, bir neçə adam müxtəlif xəsarətlər alıb.
Həmin vaxt, 21.40-da “Polo” markalı avtomobildə hərəkət edən 3 silahlı terrorçu Parisin 11-ci dairəsində yerləşən “Bataklan” konsert zalına daxil olaraq atəş açıb. Terrorçular Suriya və İraqla bağlı şüarlar səsləndirib.
Terrorçulardan biri polislər tərəfindən qətlə yetirib. Digər ikisi isə üzərilərində olan partlayıcı qurğunu işə salaraq intihar ediblər. Terrorçular burada girov götürdükləri vətəndaşlardan 89-nu qətlə yetiriblər.
21.53-də “Stade de France” stadionu yaxınlığında daha bir terrorçu kamikadze partlayış törədib.
“Bütün atışmalarda “Kalaşnikov” avtomatının müxtəlif modifikasiyalı istifadə edilib. Müstəntiqlər yüzlərlə 7,62 mm-lik giliz aşkarlayıb. Kamikadzelərin üzərindəki partlayıcı qurğu kəmərləri oxşar konstruksiyalı olub və insanlar arasında çoxlu sayta qurbanlara nail olmaq məqsədi ilə dəmir parçaları ilə doldurulub”, deyə Molens qeyd edib.
“Hücumlar nəticəsində ölənlərin sayı, ümumilikdə, 129 nəfərə çatıb, 352 nəfər yaralanıb, onlardan 99 nəfəri vəziyyəti kritikdir”, deyə prokuror qeyd edib.(anspress)
İnterpresshttps://youtube.com/watch?v=3GFfM1xGNi8