150 manatlıq qadağa artıq qüvvədə – Sürücülərin nəzərinəbackend

150 manatlıq qadağa artıq qüvvədə – Sürücülərin nəzərinə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 \”Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi – Ümumi texniki şərtlər\” dövlət standartına edilmiş dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmaması müəyyənləşdirilib, həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq, hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.
Qeyd edək ki, yol polisi noyabrın 16-dan artıq bu qaydaya əməl etməyənlərə qarşı reydlərə başlayacaq. Qanunu pozanları 150 manat cərimə cəzası gözləyir(qafqazinfo)

İnterpress