Aylardır küçədə gecələyən ukraynalı qadına görə səfirliyə müraciət edildibackend

Aylardır küçədə gecələyən ukraynalı qadına görə səfirliyə müraciət edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquq müdafiəçisinin sözlərinə görə, əslən Ukraynadan olan Larisa Kavunu sığınacaqda yerləşdirmək istəsələr də qadın razılaşmayıb: “Larisa bir aydan çoxdur ki, küçədə gecələyir. Onun psixoloji problemlərinin olduğu ehtimal edilir. Hətta yanındakı zibil tullantılarını atmağa da icazə vermir. Sığınacaqda qalmaq da istəmir”.

Ukrayna səfirliyi də qadına yardım üçün tədbirlərə başlayacaq.

Qeyd edək ki, adyala bürünüb Səməd Vurğun bağındakı skamyada oturan və bağdan keçənlərin verdiyi ərzaqlarla qidalanan qadın hər kəsin diqqətini cəlb edir. Qadının psixoloji problemləri olduğu ehtimal edilsə də o, hər gün kitab oxuyur.

Qadın virtualaz.org saytının əməkdaşlarına Bakıda evinin olduğunu, lakin ondan və evindən qoxu gəldiyi üçün JEK tərəfindən şəxsi mənzilindən çıxarıldığını demişdi. Həmçinin oğlu olduğunu, lakin yeganə övladının Rusiyada yaşadığını da bildirmişdi.(virtual)

İnterpress