Beynəlxalq Diabet Federasiyasının (BDF) hesabatında belə deyilir.
Virtualaz.org yazır ki, şəkər xəstələrinin 90 faizi diabetin iki tipindən əziyyət çəkir. Bunlar həddən artıq köklük və oturaq həyat tərzi ilə bağlıdır.
Xəstəliyin bu növü sürətlə artır, xüsusilə də inkişaf etməkdə olan ölkələrdə. Hazırda şəkər xəstələri ən çox Çində qeydə alınıb.
BDF-nin icraçı direktoru Petra Uilsonun sözlərinə görə, diabet təkcə pasiyentləri yox, həm də ölkələrin iqtisadiyyatını risk altına alır. O, noyabrın 15-16-da Türkiyədə topl
aşan \”Böyük 20-lər\”in liderlərinə çağırış edib. Onları 2008-ci il maliyyə böhranına qarşı hərəkət etdikləri kimi, həddən artıq köklüyə qarşı mübarizədə də əməkdaşlığa çağırıb.
Ancaq P.Uilson \”Böyük 20-lik\”dən səsinə səs veriləcəyi ilə bağlı hələlik bir işartı görmədiyini deyir.
2040-cı ilədək planetdə hər 10 yetkin adamdan biri diabet xəstəsi olacaq. Bununla da 2015-ci ildə 415 milyon olan şəkər xəstələrinin sayı 2040-cı ildə 642 milyona çatacaq. Diabetə çəkilən xərclər də 673 milyarddan 802 milyard dollara qalxacaq.
Bəzi ölkələr, o cümlədən Meksika, Çili və Fransa çıxış yolu kimi şəkərə vergi tətbiq etməyi sınaqdan keçirib. Ancaq qida sənayesinin və onların lobbiləşdirdiyi bəzi siyasi dairələrin müqaviməti ilə üzləşirlər. Məsələn, şəkərə verginin tətbiq olunduğu Meksikada bu yaxınlarda bəzi deputatlar həmin verginin iki dəfə azaldılması təşəbbüsü ilə çıxış ediblər.
Britaniyada şəkərli içki və yeməklərə rüsum tətbiqi üçün aparılan geniş kampaniyaya baxmayaraq baş nazir David Kameron buna qarşı olduğunu bildirib.
P.Uilson isə inanır ki, siyasətçilər tütündən dərs çıxararaq insanların səhhətinin qayğısına qalmalıdır: \”Məlumdur ki, tütünə verginin tətbiqi və tütünün insan sağlamlığına zərəri barədə bildirişin məcburiliyi yaxşı effekt verib. İndi biz şəkərə də eyni cür yanaşmalıyıq\”.
Ancaq P.Uilson onu da etiraf edir ki, tütündən fərqli olaraq şəkərlə bağlı bu iş daha çətin olacaq. Ən azı ona görə ki, insan tütünsüz yaşaya bilər, amma şəkərsiz yox. Amma hər halda əlavə edilmiş şəkərsiz yaşamaq olar.
Interpress