İnterpress.az \”milli.az\” a istinadən məlumatına görə, hadisə Nəsimi rayonunda beş verib. 20 Yanvar küçəsində yaşayan, 1937-ci il təvəllüdlü Əzizə Məmmədova bildirib ki, yaşadıqları evdə gəlini, 1983-cü il təvəllüdlü Validə Məmmədova onu söyüşlərlə təhqir edib, yumruq və təpiklə döyüb.
Hadisə nəticəsində xəsarət alan qadın Travmatologiya Xəstəxanasına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Araşdırma aparılır.
İnterpress