İnterpress.az APA-yaistinadən xəbər verir ki, hadisə rayonun Aşıxlı kəndində qeydə alınıb.
Kənd sakini, 1969-cu il təvəllüdlü Ağayev Daşqın Yusif oğlu və onun həyat yoldaşı, 1991-ci il təvəllüdlü Səfərova Xatirə İsmayıl qız Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın baş həkimi Əli Məmmədovun APA-ya verdiyi məlumata görə, hər iki zərərçəkənə ilkin tibbi yardım göstərilib. Həkimlər D. Ağayevə baş və alın nahiyəsinin əzilmiş-cırılmış, X. Səfərovaya isə bədənin müxtəlif nahiyələrində travmatoloji zədələr diaqnozu qoyub.
Zərərçəkənlər döyülmə faktı ilə bağlı rayon polis şöbəsinə müraciət ediblər.
İnterpress