İstanbulu da Parislə bir gündə partladacaqdılar…backend

İstanbulu da Parislə bir gündə partladacaqdılar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Antaliyada baş tutan G20 zirvə toplantısı zamanı qəzetçilərə adının açıqlanmasını istəməyən bir nəfər məlumat verib. O, deyib ki, İngiltərə vətəndaşı Aina Davis Parisdə olduğu kimi İstanbulda da terror hücumu planlaşdırıb. Türkiyədən gizli mənbənin “Reuters”a verdiyi xəbərə görə, Aina davis başına topladığı böyük bir dəstə ilə ələ keçib. “Reuters”un verdiyi digər xəbərdə deyilir ki, Türkiyədə iki gündür fəaliyyətə başlayan G20 zirvə toplantısına görə, İŞİD-a bağlı olan 300-dən çox adam həbs edilib, mindən çox şübhəlini isə nəzarətə alınıb. Qeyd edək ki, noyabrın 13-də Parisdə baş verən terror hadisəsindən sonra həbs edilən Aina Davis səkkiz il öncə məhbəsdəykən müsəlmanlığı qəbul edib. O, silahlı hücum və narkotik alverçisi olduğu üçün həbs edilbmiş. A.davisin həyat yoldaşı, 28 yaşlı Əməl əl-Vahabi İŞİD-la əlaqələrinə görə həbs edilib.

Abuzər
İnterpress