Əsəd: Qətliamın səbəbi Fransanın siyasətidirbackend

Əsəd: Qətliamın səbəbi Fransanın siyasətidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ərəb mətbuatına istinad edərək xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd, Parisdə baş verən və çox sayda adamın öldüyü qətliamın ardından bu gün verdiyi müsahibədə \”Fransadakı hücumla zirvə nöqtəsinə çatan terrorun yayılımasına Fransız siyasətinin səbəb olduğunu\” dedi.
Fransız nümayəndə heyəti ilə görüşü zamanı Əsəd \”Fransanın yanlış siyasətləri terrorçuluğun yayılmasında amil olmuşdur\” dedi.
Əsəd sözlərini \”Fransanın paytaxtı Parisi hədəf alan terrorçu hücumlar, ötən gün Livanın paytaxtı Beyrutda və son 5 ildə Suriyada baş verənlərdən ayrı düşünülə bilməz \”deyərək tamamlayıb.
Fransa Prezidenti Fransua Olland 2012-ci ildən etibarən Suriyada müxalifləri silahlandıqlarını etiraf etmişdi.
Paris terrorundan bir gün əvvəl Livanın paytaxtı Beyrutda Fələstin qaçqın düşərgəsi \”Bürc -əl -Baraka\”- ya İŞİD-in etdiyi intihar hücumu və əvvəlcədən basdırılan bombanın partlaması nəticəsində 41 nəfər ölmüş və 200 nəfər yaralanmışdı.

Suriyada isə bu günə qədər baş verən döyüşlərdə ASO(Azad Suriya Ordusu)ilə əlaqəli və mərkəzi London olan Suriya İnsan Haqları Müşahidə Mərkəzi (SİHMM) mənbələrinə görə;
90 min Suriya Ordusu və ona bağlı qüvvələrdən , 78 min cihadçı qruplar və qiyamçılardan, 70 min isə vətəndaşlardan olmaq üzrə toplam 238 min adam həyatını itirdi.

İnterpress