Bu barədə APA-ya R. Nurullayev məlumat verib. O bildirib ki, AXCP Etimad Qurultayının oktyabrın 18-də keçirilən qurultayın nəticələrinin dövlət reysterinə daxil edilməsi üçün etdiyi müraciət geri qaytarılmayıb və məsələyə Ədliyyə Nazirliyində baxılır.
Əli Kərimlinin sədri olduğu AXCP Ali Məclisinin sədri Həsən Kərimov isə APA-ya açıqlamasında müraciətlərinin geri qaytarılması və məsələnin araşdırılması üçün yaxın vaxtlarda məhkəməyə müraciət edəcəklərini deyib.
Qeyd edək ki, Ə. Kərimli özünün “facebook” səhifəsində Ədliyyə Nazirliyi hər iki tərəfin təqdim etdiyi sənədləri geri qaytarıb və təklif edib ki, mübahisəli məsələni həll etmək üçün məhkəməyə müraciət etsinlər.
Xatırladaq ki, Ə. Kərimlinin sabiq müavini olan Razi Nurullayev isə əsl AXCP-nin onun rəhbərliyi ilə yarandığını bəyan edib və partiya üzvlərini öz ətrafında birləşməyə çağırıb.
Interpress