İnterpress.az İran mətbuatına istinadən xəbər verir ki, Bir TV proqramında Viyana -2 görüşünü dəyərləndirən Əmir Abdullahiyan, Suriya və Prezidentin gələcəyi məsələsində ancaq Suriya xalqının qərar verə biləcəyini bildirib.
Viyana -2 sammitinin yeddi saat davam etdiyini və sonunda da bir nəticə bəyanatı dərc olunduğunu qeyd edən Əmir Abdullahiyan, bəzi ölkələrin Xarici İşlər Nazirlərinin bəyanata israrla Əsədin hakimiyyətdən getməsi ilə bağlı bir cümlə salmağa çalışdığını qeyd edib.
Paris və Beyrutda baş verən terror hücumlarına da işarə edən Əmir Abdullahiyan, bu sammitin terrorçulara açıq bir mesaj olması lazım olduğunu vurğulayıb.
Interpress