backend

Farslar 3 min ildir Türkləri təhqir edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Türkiyə hökumətləri son hadisələrlə münasibət bildirməliydi” Azərbaycan və Türkiyə hökumətləri son hadisələrlə münasibət bildirməliydi: “Hökumət və dövlət milləti qorumaq üçün bir sistemdir, mexanizmdir. Axı türk dövlətlərinin əhatəsində olan fars dövləti bu qədər türk millətini təhqir etməyə necə cürət edir? Necə olur ki, İran əhalisinin 70%-ni qeyri-farslar, çoxluğu türklər, azlığı farslar təşkil etdiyi halda, azlıq hakimiyyətə gəlir, çoxluğu təhqir edir. Çünki ciddi cavab reaksiyası yoxdur. Farsların türkləri təhqir etməsinin uzun tarixi var. 1925-ci ildən indiyədək türklər təhqir olunur.

Ümumiyyətlə, İranda türk izinin silinməsinə çalışılır. Cavad Heyət, Məhəmmədtağı Zehtabi, Həsən Raşidinin yaradıcılığı bütövlükdə fars təhqirlərinə cavab reaksiyasından doğub. Farslar türkləri elmi, dini, ideoloji, siyasi müstəvilərdə daim təhqir etməklə məşğuldurlar. Hətta iş o yerə çatdı ki, Şəhriyar cavab olaraq “Tehranlı, eşşək sənsən, yoxsa mən?” şeirini yazdı. Türk dövlətləri cavab verməyəcəyi təqdirdə, bu cür təhqirlər davam edəcək. 1995-ci ildə İran Dövlət Televiziyası türklərin aşağılanmasına yönəlik rəy sorğusu keçirmişdi. Suallar isə beləydi: “Siz türklə evlənərsinizmi, ya yox?”, “Siz türklə qonşu olarsınız, ya yox?”, “Siz türklə bir masa arxasında oturarsınız, ya yox?” 2006-cı Azərbaycan türkləri tarakana bənzədilməklə növbəti dəfə təhqir edildi və türklər İran parlamenti qarşısında 33 maddəlik tələblə çıxış etdilər. Sonuncu maddədə Azərbaycan Milli Qurultayının keçirilməsi tələbi öz əksini tapmışdı. Ancaq 2006-cı ildən bəri belə bir tədbir baş tutmayıb.

Azərbaycan Mühacirət Hökuməti, Azərbaycan Mühacirət Parlamenti yaradılmayıb. Bütün bunlara nail olmalıyıq. İnanın ki, bizə təqdim olunmuş tarix yalandır. Səfəvilər dövlətini fars dövlətinə farslar deyil, məhz özgələşmiş türklər çevirdilər. Hətta ölkədə fars dilinin dövlət dili elan olunması Məşrutə dönəmində, Qacarların hakimiyyəti dövründə İran parlamentində qəbul olunub. Rza xan özü türk idi, ancaq fars Sasani dövlətini bərpa etdi. Çünki son 200 ildə Güney Azərbaycanda toplumda farslaşma gedib, bir qisim türkdən dönməklə özgələşib. Bu gün İranda ordunun, kəşfiyyatın, müxalifətin, hökumətin, biznesmenlərin böyük hissəsini türklər təşkil etməsinə baxmayaraq, yenə də təhqir olunan türklərdir. Artıq özünü farslardan ayrı, türk bilən bir millət var. Ancaq bu millətin önünə düşəcək nə ciddi təşkilat, nə ciddi liderlər, nə də strateji siyasət var. Son yüz ildə Azərbaycan türkləri muxtariyyətdən irəli gedə bilməyib. Türk millətinin hərəkatı var, ancaq strategiyası yoxdur”.

Mətbuatda bildirildiyi kimi, noyabr ayının 12-də DAK İran Mətbuatında Türklərin təhqir olunması ilə bağlı yığıncaq keçirmişdi. Yığıncaqda Azərbaycanın tanınmış ziyalıları, siyasi və içtimai təşkilatlarının nümayəndələri eləcə də xaricdən gələn qonaqlar, Güney Azərbaycandan gələn təmsilçilər iştirak edirdilər. Tanınmış araşdırmaçı, alim Yasəmən Qaraqoyunlunun həmin toplantıdakı çıxışını ixtisarla təqdim etdik.