İŞİD-lə “iki qat” mübarizə qərarıbackend

İŞİD-lə “iki qat” mübarizə qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər veriri ki, ABŞ Prezidenti Barak Obama, G-20 Liderlər Sammiti üçün gəldiyi Antalyada, Dövlət Başçısı Rəcəb Tayyib Ərdoğanın sonra, ikinci ikitərəfli görüşünü axşam saatlarında Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Ali Suud ilə keçirib.
Ağ Ev rəsmilərindən alınan məlumata görə, iki lider, Parisdəki terror hücumlarının ardından İŞİD-i məğlubiyyətə uğratma nöqtəsindəki səyləri iki qat artırmaq qərarında razılığa gəliblər.
Görüşdə Obama və Salman, Suriyada atəşkəs yolu ilə uzunmüddətli irəliləyiş təmin edilməsi və ölkədə siyasi keçid prosesinin başlanılması fikirlərini ifadə etdilər. Liderlər Viyanadakı nəticələrdən məmnunluqlarını dilə gətirdilər.
Suriyalı mülayim müxaliflərə güclü dəstəyin əhəmiyyətini yenidən təsdiq edən iki lider, müxaliflərin gələcək sülh səylərində rolunu müzakirə etdilər.
Bununla yanaşı, İraq hökumətinin İŞİD ilə mübarizəsində ona ən yaxşı necə yardım edilə biləcəyini görüşən Obama və Salman, Yəməndəki münaqişələri sona çatdırmaq üçün lazımi humanitar məsələləri də danışdılar.
Obama G-20 Liderlər Sammiti çərçivəsində sabah da işçi iclaslarına qatılacaq.
Zirvənin ardından mətbuat konfransı keçirəcək Obama, sonra Filippinə getmək üçün Antalyadan ayrılacaq.

İnterpress