\”Multimedia\” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün İnterpress.az-a verdiyi açıqlamaya görə ölkəyə əsas interneti gətirən “Delta telecom” provayderinin Data Mərkəzində yanğın baş verib: “Ölkəyə interneti gətirən provayder “Delta telecom”un ofisində yanğın baş verib. Server otağında baş verən yanğına görə internetin ötürülməsində problem yaranıb. Yanğının səbəbləri aradan qaldırdıqdan sonra internet bərpa olunacaq”.
Interpress