İnterpres.az xarici mətbuata istinadən xəbər verir ki, gələn il ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçı Partiyadan namizəd olan Donald Tramp, Amerikanın məscidləri çox yaxşı izləməsi lazım olduğunu söylədi. Tramp həmçinin bəzi məscidlərin də bağlanmasının lazım olduğunu düşündüyünü bildirib.
O, iştirak etdiyi bir televiziya proqramında bu cür bəyanatlar verərkən, bəzi təbəqələrdən olan şəxslər bu vəziyyətin ölkənin ibadət azadlığına zərər verəcəyi və bu səbəblə də ona qarşı çıxdıqlarını bildiriblər. D.Tramp oktyabr ayında qatıldığı bir televiziya proqramında da məscidlərin bağlanması məsələsini düşündüyünü bildirmişdi.
Proqramda \”məscidlərin bağlanmasının ABŞ-a olan nifrəti daha da artırmaq ehtimalı olub -olmadığı\” sualına Tramp, \”Oralarda onsuz da bizə nifrət var. İnanılmaz bir nifrət var. İnancın fövqündə olan bir nifrətdir bu. Kimsənin anlaya bilməyəcəyi bir şəkildə nifrət var. Və bu nifrət oradadır. Bu həqiqətən də çox kədərli bir vəziyyətdir. Tanıdığım bəzi tanınmış müsəlmanlar var və onlar da baş verənlərdən çox kədərlənirlər\”. Cavabını verdi.
Donald Tramp Nyu Yorkda məscidlərin izlənməsinin ləğv olunmasını isə böyük bir xəta olduğunu bildirib. Tramp,
\”Məscidləri izləməli və gizlicə yaxşı dinləməliyik. Fikirlərin çoxu oradan çıxır. Bir vaxtlar Nyu Yorkda bütün məscidlər izlənib, dinlənilirmiş. Ancaq bildiyimə görə bələdiyyə sədri bunu tamamilə qadağan etmişdir\”. Dedi.
Prezidentliyə namizəd D.Tramp, ABŞ-dakı bütün məscidlərin deyil, amma bir qisminin bağlanmasının lazım olduğunu vurğulayarkən, bəhs etdiyi nifrəti də az sayda adamın daşıdığını ancaq bunun çox böyük qorxu və dağıntılara səbəb olduğunu bildirib. Tramp, \”Nələr olduğuna baxın. Buna bir son qoymaq lazımdır. Güclü olmağımız lazımdır. Oyaq və ağıllı olmalıyıq\”. Deyərək sözlərini bitirib.
Interpress