İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki, Rusiya Prezidenti Putin, G20 liderlər sammitinin yekun iclasında etdiyi çıxışında, İŞİD-in xarici ölkələrdən maliyyə dəstəyi aldığına diqqət çəkdi. Putin, \”İŞİD 40 ölkədən maliyyə dəstəyi alır. Bunlar arasında G20 üzvləri də var\” deyə danışdı.
O, bir araya gəldiyi G20 ölkələri liderlərinə, İŞİD-in maliyyə kanallarına dair məlumatlar verdiyini açıqladı. \”Həmkarlarıma, terrorçuların qanunsuz neft ticarətinin miqyasını ortaya qoyan, kosmosdan və təyyarələrdən çəkilən fotoları göstərdim. Neft (Fotoşəkillərdə görülən) yüklü maşın karvanının uzunluğu onlarla kilometri aşır \”dedi.
Terrorla mübarizə üçün beynəlxalq koalisiya qurulmasının hələ də mümkün olduğuna inandığını ifadə edən Putin, \”Məncə, bu hələ mümkün olduğu kimi məcburidir də. Sentyabr ayında keçirilən BMT Baş Assambleyasının İclasında terrorizmə qarşı tək bir koalisiya yaradılması çağırışı etmişdim. Toplantının ardından baş verən faciəli hadisələr, bizim haqlı olduğumuzu sübut etdi\” dedi.
Daha əvvəl də, dünya liderlərini bir çox dəfə İŞİD-ə qarşı əməkdaşlığa dəvət etdiklərini xatırladan Rus lider, ABŞ-ın isə buna mənfi cavab verdiyini bildirib.
Digər tərəfdən, Rusiyanın əməkdaşlıq qapılarını bağlamadığını qeyd edən Putin bunları dedi: \”Həyat çox sürətlə inkişaf edir, bizə dərslər verir. Məncə, terrorla sadəcə təklikdə heç kimin mübarizə edə bilməyəcəyini artıq hər kəs fərq edir. Biz əməkdaşlıq qapımızı heç bir zaman bağlamadıq \”.
Rusiyanın Suriyalı müxaliflərə İŞİD-ə qarşı dəstək verməyə hazır olduğunu açıqlayan Putin, bunun siyasi həll prosesinin əsasını təşkil edəcəyini qeyd edib: \”Suriyadakı silahlı müxaliflərin bir qismi Rusiyanın dəstəyilə İŞİD-ə qarşı intensiv hərbi əməliyyatlar keçirilməsini mümkün sayır. Biz havadan dəstək verməyə hazırıq. Əgər bu baş verərsə, siyasi həll prosesi üçün yaxşı bir əsas təşkil edə bilər\”.
Putin, bu prosesdə ABŞ, Avropa İttifaqı ölkələri, Səudiyyə Ərəbistanı, Türkiyə və İranın dəstəyinin də lazım olduğunu söylədi.
Suriyada terrorçuların kimlərin olduğunu dəqiqləşdirilməsinin vacibliyinə diqqət çəkən Rus lider Putin, bu sayədə böhranın siyasi yolla həlli üçün lazımi şəraitin yaradılmasını bildirib.
Interpress