İnterpress.az. ərəb mətbuatına istinad edərək xəbər verir ki, İŞİD , ABŞ liderliyində təşkil olunan Suriyadakı hava əməliyyatlarına qatılan ölkələri təhdid edib.
İŞİD tərəfindən yayıldığı bildirilən bir videoda, \”Səlib yürüşünə qatılan ölkələrə, Allahın izni ilə Fransanın yaşadığı kimi bir gün yaşayacaqsınız. Fransanı Parisdə ürəyindən vurduğumuz kimi, sizi də mərkəziniz Vaşinqtonda vuracağımıza and içirik\” deyilir.
Parisdə ötən cümə günü bır vaxtda baş vermiş terror hücumlarında 132 nəfər həyatını itirmiş, çox sayda adam da yaralanmışdı. Hücumun məsuliyyətini İŞİD öz üzərinə götürmüşdü.
Interpress