Daha bir məmurun həbs xəbəri yayıldı-YENİLƏNİBbackend

Daha bir məmurun həbs xəbəri yayıldı-YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın əldə etdiyi məlumata görə, M. Məmmədov barəsində dünən axşam saatlarında Səbayel rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M. Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Bundan başqa, \”Bakı Telefon Rabitəsi\” İstehsalat Birliyinin Nizami ATS-in rəisi Fətullah Seyidov və ATS-in mühasibi barədə də həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bundan əvvəl “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov da həbs edilib. Onlar Bakı İstintaq Təcridxanasında saxlanılırlar.

**** ****
Interpress.az \”moderator.az\”-a istinadən xəbər verir ki, M. Məmmədov da MTN ətrafında aparılan istintaq hərəkətlərinin növbəti dalğasında günahlandırılaraq həbs olunub. Sayta məlumat verən mənbə rabitə sistemində həbslərin bununla məhdudlaşmağacağı, hələ xeyli sayda günahkar şəxsin istintaqa cəlb olunma ehtimalının yükəsk olduğunu xüsusi olaraq vurğulayıb.

İnterpress