İraqçı: Nüvə anlaşmasının icrası ilə xarici şirkətlər iranlı tərəfdaşlarıyla  müqavilə bağlaya bilərlərbackend

İraqçı: Nüvə anlaşmasının icrası ilə xarici şirkətlər iranlı tərəfdaşlarıyla müqavilə bağlaya bilərlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seyid Abbas İraqçı eləcə də BMT Baş Assambleyasının 3-cü Komitəsində qaldırılacaq İran barədə insan haqları qətnaməsi haqda İranın mövqeyini şərh edib.
İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini və İranın baş nüvə müzakirəçisi deyib ki, nüvə anlaşmasının icrasının sabahısı günündən xarici şirkətlər heç bir problem olmadan iranlı tərəflərlə müqavilə bağlaya bilərlər.
İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Seyid Abbas İraqçı Tehrandakı xarici nümayəndə və səfirlərlə görüşdə nüvə anlaşması ilə bağlı son dəyişikliklər, eləcə də BMT Baş Assambleyasının 3-cü Komitəsində qaldırılacaq İran barədə insan haqları qətnaməsi haqda İranın mövqeyini şərh edib.
İraqçı tərəflərin öhdəlikləri, sanksiyaların ləğvinə göstəriş və zaman cədvəli daxil olmaqla nüvə anlaşmasının icrası üzrə son dəyişikliklərə işarə edib və səfirləri öz ölkələrinin dövlətləri, bankları və ya şirkətlərinin İran ilə ticari və iqtisadi həmkarlıqlarının başlanması tərzi ilə məlumatlandırıb.
İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini İrandakı səfirlərdən istəyibdir ki, nüvə anlaşmasının icrası haqda hər cür qaranlıq cəhət və sualları varsa, İran Xarici İşlər Nazirliyindəki Nəzarət Komitəsinə inikas etdirsinlər.
İraqçı çıxışının digər bir hissəsində İran barədə insan haqları qətnaməsi haqda, Tehranın BMT-nin insan haqları mexanizmləri, o sıradan mövzu ilə bağlı xüsusi məruzəçilər və \”UPR\” mexanizmi ilə yaxşı əməkdaşlığına toxunaraq, İran barədə insan haqları qətnaməsi banilərinin ikili və təzadlı rəftarlarını tənqid edib.
İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini daha sonra deyib: BMT-nin insan haqları qətnaməsindəki mövcud ünsürlər İrandakı insan haqları reallıqları ilə təzaddadır.

Interpress