Mahmudovla bağlı daha bir qalmaqal – “Muğanbank”ın ortağıdırbackend

Mahmudovla bağlı daha bir qalmaqal – “Muğanbank”ın ortağıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, “Unikal.org”a daxil olan məlumatda vurğulanır ki, yaxın günlərdə adı ətrafında böyük qalmaqalın yaşanacağı gözlənən banklardan biri “Muğanbank”dır.

Mahmudovla bağlı daha bir qalmaqal - “Muğanbank”ın ortağıdır

Məlumat üçün bildirək ki, adıçəkilən bank “Odlar yurdu” universitetinin sahibi Əhməd Vəliyevdir. Daxil olan informasiyada isə israrla iddia olunur ki, əslində həmin bank keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsidir. Onların “Muğanbank”dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda “Muğanbank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib.

Mahmudovla bağlı daha bir qalmaqal - “Muğanbank”ın ortağıdır

Əhməd Vəliyev

“Muğanbank”ın doğrudan da Əhməd Vəliyevə məxsusluğunu isbat edən təkzibolunmaz faktlar var. Bu barədə məlumat bankın rəsmi saytında qeyd olunub. Saytın səhmdarların bankın nizamnamə kapitalında payı bölməsində payçıların adları göstərilir – Mehdiyev Elmir Maqbet oğlu – 63,50 % (Ə.Vəliyevin kürəkəni, eyni zamanda bankın Müşahidə Şurasının sədri – red.), Vəliyeva Vəfa Əhməd qızı – 12,05 % (Əhməd Vəliyevin qızı – red.), Mehdiyev Maqbet Rəhim oğlu – 13,10% (Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi – red.) Mehdiyeva Fəridə Cahandar qızı – 11.35 % (Ə.Vəliyevin qudası – red.)

Yeri gəlmişkən, Ə.Vəliyevin sahibi və rəhbəri olduğu Odlar Yurdu Universitetinin bank hesabları da bu bankdadır. Beləliklə, aydın olur ki, “Muğanbank” Əhməd Vəliyevin hansı açıqlama verməsindən asılı olmayaraq ona və ailə üzvlərinə məxsusdur.

Məlumatda bildirilir ki, Əhməd Vəliyevin respublikada bank sahibinə çevrilə bilməsində əsas himayədarı və biznes ortağı isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov olub. Elə adıçəkilən bankın idarəçiliyində də əsas söz sahibləri onların yaxın qohumları – Eldar Mahmudovun köməkçisi, eyni zamanda əmisi oğlu Vüqar Mahmudov və Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev söz sahibidirlər. Daxil olan məlumatda həmçinin iddia edilir ki, sabiq MTN şefinin “qara pulları” məhz bu bank tərəfindən realizə edilirmiş.

Interpress