“Qanuni oğru” deputatla ailəsinin yoxa çıxmasına görə – Axtarışa verildibackend

“Qanuni oğru” deputatla ailəsinin yoxa çıxmasına görə – Axtarışa verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, onunla bağlı axtarışların başlanmasına səbəb isə Ramen rayonu qanunverici məclisinin deputatı Tatyana Sidorova və onun ailəsinin 3 üzvünün yoxa çıxması ilə bağlı aparılan araşdırmalar olub.

Rusiya hüquq-mühafizə orqanları bu yaxınlarda deputat və ailə üzvlərinin yoxa çıxma şəraiti ilə bağlı yeni məlumatlar əldə ediblər. Şahidlərin sözlərinə görə, onlar yoxa çıxmamışdan əvvəl Sidorovanın kabinetində Şişkanovun “sağ əli” olan Yeqoru görüblər. Həmin günün axşamı isə deputatın qaldığı evin yaxınlığında avtoritetin adamları gözə dəyib. Bununla bağlı Şişkanovun dindirilməsi qərara alınsa da, onu evində tutmaq mümkün olmur. Daha sonra isə əməliyyatçılar “qanuni oğru”nun Rusiyanı tərk edərək Avropa ölkələrindən birinə getdiyini öyrənirlər.

Qeyd edək ki, növbəti gün deputat vacib toplantıya gəlmədiyi üçün evinə sürücü göndərilir. Sürücü onun evində qan izləri aşkarlayır. Həmin gündən sonra Sidorova, onun əri, oğlu və bacısı ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmur.

Interpress