Amerikalı yazıçı Roberts: Vaşinqton dünyanı təhdid edirbackend

Amerikalı yazıçı Roberts: Vaşinqton dünyanı təhdid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadanın \”Global Research\” saytının \”Vaşinqton Dünyanı Təhdid Edir\” başlığı ilə dərc etdirdiyi məqaləsində Pol Roberts; \”ABŞ-ın davranış və hərəkətlərini məhdudlaşdırması səbəbindən Amerika, yada millətlər arası heç bir qanun və prinsipə sadiq qalmadığını\” ifadə etdi.
Roberts ABŞ-ın bəşəriyyət, ya da bütün dünyaya nə dərəcədə mənfi nəticələri olursa-olsun öz istəkləri və maraqlarını təmin etmək üçün heç bir yerdə, heç bir zaman, heç bir qanun, prinsip, konstitusiya yada dəyəri nəzərə almayan bir dövlət olduğunu vurğulayıb.
Vaşinqton administrasiyasının dünyanın bir çox ölkəsində apardığı hərbi və siyasi siyasətin olduqca böyük həcmlərdə tənəzzül və ölümlərə yol açdığına diqqət çəkən Roberts; \”Xüsusən Buş və Obama administrasiyalarının Yaxın Şərq Bölgəsində milyonlarla insanın böyük acılar yaşamalarına səbəb olduğunu\” vurğulayıb.
Roberts ABŞ-ın Yaxın Şərq dövlətlərini və xalqlarını parçalamaq üçün qurduğu planların təhlükəsinə diqqət çəkərkən; \”İsrailin ABŞ-ın geniş və böyük dəstəyi ilə Fələstin torpaqlarını qəsb etdiyini və Fələstin xalqını qətlə yetirdiyinə\” işarə etdi.

Interpress