İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Bəlocistan əyalətinin paytaxtı Kuettadan Revalpindi şəhərinə doğru naviqasiya halında olan qatarın 4 vaqonunun relsdən çıxdığı bildirildi. Əyləc sistemində baş verən bir problemdən meydana gəldiyi bildirilən qəzada, ilkin məlumata görə 10 nəfər ölüb, azı 100 nəfər isə yaralanıb. Ölənlər arasında maşinistin və müavininin olduğu bildirilir. Hadisə yerində xilas etmə işlərinin davam etdiyi xəbər verilir.
İnterpress