İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada öncəki hökumət tərəfindən niqabın qadağan edilməsi məqsədi ilə Konsitutusiya Məhkəməsinə çıxarılan iş rəsmi şəkildə dayandırılıb. 19 oktyabr seçkilərindən sonra yenilənən Kanada hökuməti görünür bu xəmirin çox su aparacağından narahat olub müzakirədən vaz keçib. Yeni seçilən hökumətdə vətəndaşlıq və miqrasiya naziri Con McCallum və ədliyyə naziri Codi Vilson-Raybould niqab müzakirələrinə rəsmən son qoymağı bacarıb. Nazirlər Kanadada yaşayan hər bir insanın istək və azadlıqlarına hörmətlə yanaşdıqlarını bildiriblər: “Kanada xalqların və fərdlərin azadlığı ilə güclüdür”.
Abuzər
İnterpress