Tacikistanda qeydiyyatsız  məscidlər əyləncə mərkəzi olacaqbackend

Tacikistanda qeydiyyatsız məscidlər əyləncə mərkəzi olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki,Tacikistanın paytaxtı Düşənbədə bələdiyyə qeydiyyatda olmayan məscidləri bağlamaq qərarı aldı. Buna görə tətbiq olunan standartlara uyğun gəlməyən məscid və məscidlərin hamısı bağlanılacaq.
Düşənbə Bələdiyyə Sədri Mahmadsaid Ubaydullaev şəhərlə əlaqədar planlaşdırma, memarlıq, yanğınla mübarizə, səhiyyə və gigiyena tələblərini ödəməyən və mülki tikinti görüntüsü altında inşa edilən məscid və məscidlərin ləğvi haqqında fərman imzalayıb.
Yerli mətbuata bu barədə məlumat verən bir bələdiyyə nümayəndəsinə görə, 7 noyabrda imzalanan fərmanda bağlanılacaq məscid binalarının kiçik istehsal dükanları, mədəniyyət və əyləncə mərkəzləri, biznes mərkəzləri, səhiyyə və hüquq-mühafizə mərkəzləri kimi istifadə edilməsi düşünülür.
Düşənbə Bələdiyyə sədri Mahmadsaid Ubaydulloev daha əvvəl də müavini Cəmilə Lanqarovaya qadağa qoyulan məscid və məscidlərin ev xanımları üçün biznes mərkəzlərinə çevrilməsi tapşırığını vermişdi.

Interpress