İnterpress.az ərəb mətbuatına istinadən xəbər verir ki, hakimiyyət Səudiyyə Ərəbistanının Ciddə və Məkkə əhalisinə müraciət edərək onlara evdə qalmağı tövsiyə ediblər. Leysan yağışları və daşqınlarla bağlı şəhər sakinlərinə xəbərdarlıq edilib. Bu barədə dəfələrlə müraciət edilib.
Şəhərlərdə yağış, qasırğa və qüvvətli küləklər səngimir. Küçələri su basmışdır, ona görə də maşınlar çətinliklə hərəkət edir. Məktəblər və dövlət müəssisələri bağlanıb. Krallığın Mülki Müdafiə Xidməti bildirib ki, hava şəraitini nəzərə alaraq, Ciddə və Məkkə sakinlərinə küçəyə çıxmaq təhlükəlidir.
İnterpress.az