Azərbaycanlı terrorçu tutuldubackend

Azərbaycanlı terrorçu tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Delfi.lt\” saytının yazdığına görə, 21 yaşlı qız Kaunas polis bölməsinə müraciət edərək, Azərbaycan vətəndaşının Litvada terror törədəcəyi ilə bağlı məlumat verib.

Belə ki, qızın sözlərinə görə, o, dünən K.Barşausko küçəsində yerləşən ticarət mərkəzində 25 yaşlı azərbaycanlı tərəfindən hədələnib. Oğlan tezliklə Litvada da Parisdəki terror aktlarının təkrarlanacağını deyib və qızın üstünə bıçaq çəkib. Gənc qızın müraciəti əsasında azərbaycanlı oğlan polis tərəfindən yaxalanıb. Gənc oğlanın adı hələ ki açıqlanmır.

Sayt həmçinin məsələ ilə bağlı xeyli qaranlıq məqamların olduğunu, polisin araşdırma apardığını və terroru törətmək istəyən qrupun digər üzvlərinin də axtarıldığını iddia edib.

İnterpress.az