“Azərbaycan Fransa xalqının acısını bölüşür…”backend

“Azərbaycan Fransa xalqının acısını bölüşür…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Parisdə UNESCO\”>UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışı zamanı deyib.

Prezident bildirib ki, Azərbaycan Fransa xalqının acısını bölüşür və Fransa tarixinin bu faciəvi anında onların yanındadır:

“Terror aktı göstərdi ki, beynəlxalq ictimaiyyət bu bəla ilə mübarizə aparmaq üçün səylərini birləşdirməlidir. Dünyada heç bir ölkə terror aktlarından sığorta olunmayıb. Ona görə də yalnız beynəlxalq ictimaiyyətin birləşmiş səyləri bizə bu bəla ilə mübarizədə yardım göstərə bilər. Azərbaycan keçmişdə müxtəlif terror aktlarından əziyyət çəkən ölkə kimi beynəlxalq terrora qarşı mübarizədə mühüm rol oynayır və bu rol beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndirilir”.

İnterpress.az