İnterpress.az xarici mətbuata istinad edərək xəbər verir ki, bu dəqiqələrdə Fransız polisi Parisin Şimalındakı Sankt-.Denis bölgəsində əməliyyat keçirir. Polis bölgədəki bir məhəlləni mühasirəyə aldı. Əməliyyatın Paris terrorunu planlanlaşdıran qaçaq şübhəli Əbdülhəmid Ebayuda qarşı olduğu bildirilir..
Bölgədən silah səslərinin eşidildiyi, yaralı polislərin də olduğu ifadə edilir.
Yüzlərlə xüsusi təyinatlı polisinin sövq edildiyi bölgədə, polis əhaliyə küçəyə çıxmamaları haqqında anons edir.
Əməliyyat aparılan ərazidə ötən günlərdə bir məxfi ev aşkarlanmışdı. Verilən məlumatlara görə, əməliyyat aparılan şəxslərin polis tərəfindən uzun zamandan bəri təqib edildiyi bildirildi..
Məxfi evdə 3 terrorçunun olduğu bildirilərkən, toqquşmalarda 1 polisin yaralandığı deyilir.
Interpress