İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Braziliyanın cənub-qərbində yerləşən Minas Gerais şəhərindəki mədən tullantıları anbarında partlayış baş verib. Səbəbi məlum olmayan partlayış ardından 11 nəfərin həyatını itirdiyi və 12 adamın itkin düşdüyü bildirildi.
\”Samarko Metal Şirkəti\”-nin işlətdiyi dəmir mədəninin tullantı sularını tutan bəndin yıxılmasının ardından çoxlu yaşayış yeri böyük miqdarda zərər gördü. Anbardakı mədən tullantılarının Rio Dok çayına qarışması ilə birlikdə təxminən 500 kilometr boyunca axan sel sularının tərkibində zəhərli və zəhərli maddələrin olduğu bildirildi. Samarkonun İnfrastruktur Direktoru Kleber Terra, iki səddin daha (Germano və Santarem) dağılma riski daşıdığını ifadə etdi.
Bölgədə geniş miqyaslı axtarış xilas etmə işləri başlanılıb. Braziliyalı \”Kamerdiner\” və Avstraliyalı \”BHP Billiton\” şirkətlərinə aid \”Samorko Metal Şirkəti\”, hökumətə 1 milyard real təzminat ödəməyi qəbul edib. Bu məbləğ həyatını itirənlərin ailələrinə veriləcək təzminat, eyni zamanda təcili olaraq görüləcək tədbirlər üçün də istifadə ediləcək.
Mövzu haqqındakı istintaq aparan prokurorlar, təxminən 500 nəfərin evini itirdiyi, Braziliya tarixinin ən böyük ekoloji fəlakətinə veriləcək 1 milyard reallik təzminatı yalnız ilk kredit kimi qəbul edə biləcəklərini ifadə etdi.
İnterpress