İraqda terrorizmə qarşı bir araya gəlinəcəkbackend

İraqda terrorizmə qarşı bir araya gəlinəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az İran mətbuatına istinad edərək xəbər verir ki,İranın Daxili İşlər Naziri Əbdurrıza Rəhmani Fəzli, İraq, Suriya və İranın yaxın bir zamanda bir araya gələcəklərini açıqlayıb.Toplantıya Səudiyyə Ərəbistanın da qoşulmasını arzu etdiklərini qeyd edən Fəzli, \”Terrora qarşı regional və qlobal əməkdaşlığı\” vurguladı.
İran Daxili İşlər Nazirliyi konfrans zalında jurnalistlərlə bir araya gələn Fəzli, \”İranın əvvəldən terror təşkilatları qarşısında xüsusi davranış göstərdiyini\” diqqətə çəkdi.
Suriya, İraq, Əfqanıstan və Pakistan ilə terrorizmə qarşı birgə mübarizə üçün əməkdaşlıq etdiklərini bildirən İranlı nazir, yaxın tarixdə Suriya, İraq və İran Daxili İşlər Nazirlərinin İraqda bir araya gələcəklərini açıqlayıb. Fəzli, \”bu toplantıya Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirinin də qoşulmasını arzu edirik\” dedi.
İranlı nazir, regional problemlərin həlli üçün region ölkələri ilə bir araya gəlməyə hazır olduqlarını deyib.

İnterpress