Səudiyyə Ərəbistanında son 50 ilin ən şiddətli sel fəlakəti baş verdibackend

Səudiyyə Ərəbistanında son 50 ilin ən şiddətli sel fəlakəti baş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Ərəb mətbuatına istinadən xəbər verir ki,həddindən artıq yağan yağışlar Səudiyyə Ərəbistanına sarsıdıcı zərbə vurdu. Ciddə şəhərində baş verən sel fəlakəti həyatın dayanmasına səbəb olub. Su səviyyəsinin qalxması nəticəsində evlər, iş yerləri və avtomobillər sular altında qaldı.

Sel səbəbiylə çarəsiz qalan bir nəfəri Səudiyyə Ərəbistanının Mülki Müdafiə Briqadaları tərəfindən xilas olunduğu qeyd olunub. İnsan itkisi, yaralanma və itkin düşənlərlə bağlı isə hələ dəqiq bir məlumat yoxdur. Selin on minlərlə insana ziyan vurduğu güman edilir.

Həddindən artıq yağan yağışlarla birlikdə baş verən daşqınların son 50 ilin ən şiddətli sel fəlakəti olduğu hesab edilir.

Interpress