İsveçrə Fələstini xatırlatdı, İsrail tərəfi reaksiya verdibackend

İsveçrə Fələstini xatırlatdı, İsrail tərəfi reaksiya verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail, İsveç Xarici İşlər Naziri Marqot Vallströmun Parisdəki terror hücumları ilə bağlı verdiyi bəyanatda, \”Fələstinlilərin gələcək ümidlərini itirdik\” şəklindəki şərhindən qəzəbləndi .

İsveç Xarici İşlər Naziri Marqot Vallströmun Parisdəki terror hücumları ilə bağlı verdiyi bəyanatda, \”Fələstinlilərin çarəsizliyinə diqqəti çəkməsi\” İsrailin sərt reaksiyasına yol açıb.

İsrail Xarici İşlər Nazirliyi, İsveçin Tel-Əvivdəki səfiri Karl Maqnus Nesseri nazirliyə çağıraraq \”Vallströmun şərhlərindən duyulan narazılığın çatdırıldığını\” bildirib.

Nazirlikdən edilən yazılı açıqlamada, \”İsrail Xarici İşlər Nazirliyi Müşaviri Dore Qold, İsveç səfiri Nesseri nazirliyə çağıraraq Vallströmun sözlərini sərt bir şəkildə tənqid etdi. İŞİD terrorunu Fələstin məsələsi ilə əlaqələndirən bütün iddialar əsassızdır. Belə bir davranış Fələstin terrorunu leqallaşdırar\” ifadələrinə yer verilib.

Parisdəki terror hücumları ilə bağlı bir İsveç Dövlət Televiziyasına müsahibə verən Marqot Wallström, \”Təkcə İsveçdə deyil, bütün dünyada radikallaşan çox sayda insan olduğu üçün narahat olmalıyıq. İndi bir daha Yaxın Şərqdəki, xüsusən də gələcək ümidlərini itirən Fəlistinlilər kimi bir vəziyyətə qayıtdıq. Ya bu çarəsizlik vəziyyətini qəbul edəcəyik və ya zorakılığa məruz qalacağıq\” şərhini vermişdirş

İnterpress